Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində peşəkar milli kadrların hazırlanması işində fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

“Tərəqqi” medalı ilə

 

Hətəmov Əhməd Süleyman oğlu

Kazımov Kazım Tahir oğlu

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Dadaşov İlqar Firdovsi oğlu - polkovnik

Həsənov Hüseynqulu Həsənbala oğlu - polkovnik

Mahmudov Elçin Musa oğlu - polkovnik

Qarayev Malik Fikrət oğlu - polkovnik

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2018-ci il

 

Azərbaycan.- 2018.-12 iyun.- S.3.