Azərbaycanın Baş naziri Paris şəhərinə səfərə yola düşüb

 

İyunun 11-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov BakınınEkspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

 

 

Azərbaycan.- 2018.-12 iyun.- S.5.