“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında
xidməti pasportlara malik
şəxslərin viza tələbindən
azad edilməsi haqqında” Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 8 mart.- S.3.