Karyera sərgisində tələbələrə “Bakı Expo 2025” layihəsi barədə ətraflı məlumat verilib

 

Expo 2025” Ümumdünya Sərgisinə Bakının evsahibliyi ilə bağlı layihə çərçivəsində ADA Universitetində keçirilən karyera sərgisi zamanı gənclər məlumatlandırılıb.  Bu barədə AZƏRTAC-a “Bakı Expo 2025”in əməliyyat katibliyindən məlumat verilib.

Tədbirdə “Expo 2025” Ümumdünya Sərgisinin məqsədləri və təqdim edəcəyi fürsətlər barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə qeyd edilib ki, “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraqmövzusuna həsr olunan “Bakı Expo 2025” layihəsi Azərbaycan gəncliyini ölkəmizin inkişafında ön plana çıxarır.

Karyera sərgisinə mindən artıq tələbə və məzun, eləcə də yüzdən çox şirkət və təşkilat qatılıb.

Bu təşəbbüs “Expo 2025” sərgisinin faydalarının daha geniş ictimaiyyətə çatdırılması və Azərbaycan gənclərinin layihənin dəstəklənməsi işində səfərbər edilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin birincisi olub. “Expo 2025” Ümumdünya Sərgisinə evsahibliyi işində Bakının namizədliyini dəstəkləmək məqsədilə bu həftə “Facebook”, “Instagram” və “Twittersosial şəbəkələrində yeni müsabiqəyə start verilib.

“Bakı Expo 2025” layihəsini sosial şəbəkələrdə Expo 2025 Baku Azerbaijan (Facebook), @bakuexpo2025 (Twitter), Baku Expo 2025 (Instagram) linkləri və www.bakuexpo2025.com saytı vasitəsilə izləmək mümkündür.

 

Azərbaycan. - 2018.- 4 mart.- S.5.