Rusiya-Azərbaycan əməkdaşlığının inkişafında mədəniyyət əlaqələri xüsusi rol oynayır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevin keçən il qeyd olunan yubileyi münasibətilə təbriklərini çatdırdı onun Azərbaycan Respublikasının yüksək ordeni olanDostluqordeni ilə təltif edildiyini vurğuladı. Prezident İlham Əliyev Məmmədəli Ağayevin 25 ildən artıqdır ki, Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini dedi. Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlətimizin başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Məmmədəli Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb vətənindən ayrılmayıb. Məmmədəli Ağayevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, ikitərəfli münasibətlərimizin genişlənməsində mədəniyyət əlaqələri xüsusi rol oynayır. Ölkələrimizin humanitar sahədə çox uğurlu əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, Məmmədəli Ağayev bütün bu işlərə fəal töhfə verir. Prezident İlham Əliyev keçən il imzaladığı Sərəncamla Məmmədəli Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görəDostluqordeni ilə təltif edildiyini bir daha bildirdi ordeni ona təqdim etdi.

Bir çox dövlət mükafatlarına layiq görüldüyünü qeyd edən Məmmədəli Ağayev Azərbaycan RespublikasınınDostluqordeninin onun üçün xüsusi dəyər daşıdığını bildirdi. Otuz səkkiz ildir Moskvada yaşadığını vurğulayan Məmmədəli Ağayev bildirdi ki, bütün ömrünü teatr sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsi işinə həsr edib bundan sonra da Rusiya-Azərbaycan mədəni əlaqələrinin yüksək səviyyədə olması üçün səylərini əsirgəməyəcək.

Məmmədəli Ağayev dövlətimizin başçısına qarşıdan gələn prezident seçkilərində uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.- 2018.-7 mart- S.1.