Ulu öndər Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Baş nazir Giorgi Kvirikaşvili tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələrini yad edib, məzarları üstünə gül dəstələri qoyub.

 

Azərbaycan.- 2018.- 13 mart.- S.2.