Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub

 

Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.

İnter Arena”da keçirilən final oyununda Azərbaycan Ukrayna komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin digər vəzifəli şəxsləri nümayəndə heyətlərinin üzvləri izləyiblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Oyunda topa ilk toxunuşu Azərbaycanın gənclər idman naziri Azad Rəhimov va Türkiyənin gənclər idman naziri Osman Aşkın Bak ediblər.

Komandaların cəhdlərinə baxmayaraq oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası 36-cı dəqiqədə Əli Abişovun qolu ilə hesabda önə çıxıb. Matçın 60-cı dəqiqəsində Ukrayna komandasının üzvü Oleq Osuxovski hesabı bərabərləşdirib. Qarşılaşmanın sonuncu dəqiqəsində Musa Qurbanovun qolu ilə Azərbaycan komandasının qələbəsi rəsmiləşib.

Beləliklə, Azərbaycan komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.

Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Beynəlxalq turnirin iştirakçı komandalarının üzvlərinə medallar kubok təqdim olunub. Mükafatları Azərbaycanın gənclər idman naziri Azad Rəhimov Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təqdim ediblər.

Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa Latviya seymlərinin komandaları yarışıblar.

 

Azərbaycan.- 2018.-13 mart.- S.5.