VI Bakı Qlobal Forumunun iştirakçıları Milli Kitabxanada olmuşlar

 

Martın 19-da VI Bakı Qlobal Forumunun iştirakçısı olan kitabxana işçiləri Klaudiya Lyuks Parent İnqrid, ABŞ-ın Konqres Kitabxanasının Afrika Orta Şərq bölməsinin müdiri Meri Ceyn Dib, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstan Milli Kitabxanasının beynəlxalq əməkdaşlıq üzrə eksperti Mariya Karşiyska, İngiltərənin Lafboro Universitetinin professoru Paul Sturges, Fransa Milli Kitabxanasından Gerald Qrunberq, Misirin İskəndəriyyə Kitabxanasının kitabxana sektorunun müdiri Lamiyə Abdülfəttah, İskəndəriyyə Kitabxanasının əməkdaşı Raniya Kalavi, Afrika Kitabxana İnformasiya Assosiasiyasının direktoru Joel Sam M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlara kitabxananın nəzdində fəaliyyət göstərənAçıq kitabxanalayihəsinin çox kreativ, innovativ əsaslı əhəmiyyətli bir layihə olduğunu, onun həftənin yeddi günü günün 24 saatını fasiləsiz işlədiyini, hətta uşaqlar üçün mütaliə guşəsinə çevrildiyi haqqında məlumat verilib. Sonra qonaqlar kitabxananın oxu zallarını, nadir kitablar kitabxana muzeyi şöbəsini, kitab fondlarının mühafizəsi şöbəsini, elektron kataloqun yaradılması, habelə elektron resursların yaradılması şöbələrini ziyarət etməklə yanaşı, kitab verilişi proseslərinin avtomatlaşdırılması işləri Milli Kitabxananın təcrübəsi ilə yaxından tanış olub. Qonaqlar Milli Kitabxananın oxu zallarında oxucular üçün yaradılan şəraitdən çox məmnun olduqlarını bildirərək oxu zallarının işıqlandırma sistemini, kitabxananın elektron xidmətlərini, həmçinin kitab fondlarındakı mobil stellajları bəyəndiklərini qeyd ediblər.

Kərim Tahirov qonaqları maraqlandıran bütün sualları ətraflı şəkildə cavablandırıb. Sonda direktor Milli kitabxananın təcrübəsini yüksək qiymətləndirdiklərinə görə, qonaqlara öz təşəkkürlərini bildirərək gələcəkdə bu kimi tədbirlərdə bir daha görüşəcəyinə ümid etdiyini söyləyib.

Qonaqların hər birinə Azərbaycan haqqında nəşrlər təqdim olunub.

 

Azərbaycan.- 2018.-20 mart.- S.10.