Gəncədə baharın gəlişi əsl bayram əhvali-ruhiyyəsi ilə qarşılandı

 

Bu il Gəncədə Novruz bayramı xüsusi təmtəraqla qeyd edildi. Qoşa Qala TarixEtnoqrafiq Kompleksindən başlanan bayram şənliklərində Dədə QorqudBahar qızının təbriklərindən sonraGöygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, eləcə də nağaraçalanların müşayiəti ilə tədbir iştirakçıları Gəncəçay park-bulvar kompleksi istiqamətində hərəkət etdilər.

Gəncəçay park-bulvar kompleksində “Novruz-2018” adlı fləşmobun nümayişindən sonra Gəncə Dövlət DramKukla Teatrları aktyorlarının çıxışları oldu. Böyük çal-çağırla müşayiət olunan el şənliyində iştirakçılar kitab, xalça, rəsm əsərlərindən ibarət sərgilərə, milli kulinariya nümunələrinə, eləcə də idmançıların çıxışlarına, şərab sərgilərinə baxdılar. Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi VazehCavad xan meydanda görünərək gəncəliləri Novruz bayramı münasibətilə təbrik etdilər.

Sonra şənlik iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının nümunələrinə tamaşa etdilər. Şəhərin rəqs kollektivlərinın rəngarəng çıxışları, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətləri ilə ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Xalq tətbiqi nümunələri, əl işlərindən ibarət sərgilərə baxış keçirildikdən sonra qədim el adəti olan yumurta döyüşdürüldü.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz bayramı münasibətilə şəhər sakinlərini və qonaqları təbrik edərək ən xoş arzularını bildirdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən siyasiiqtisadi siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini diqqətə çatdıran icra başçısı əsl dostluq və barışıq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi və bərəkət gətirməsini arzuladı, 2017-c ildə Nizami yurdunda baş verən yeniliklərdən danışdı.

Sonra tədbir şəhərin mərkəzi meydanında davam etdirildi. Meydanda böyük Novruz tonqalı yandırıldıqdan sonra şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup sakinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2018.- 22 mart.- S.5.