Bu yaz bir başqa yazdır...

 

Beynəlxalq Poeziya Günü münasibətilə Novruz bayramı günlərində yeni yaradılmış Cəlilabad Poeziya Klubu Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran filialının qonağı olub.

Regionda yaşayıb-yaratmış qələm adamlarının xatirəsinin yad olunduğu tədbiri AYB-nin Lənkəran filialının təmsilçisi Ağamir Cavad açaraq iştirakçıları salamlayıb. AZƏRTAC xəbər verir ki, “Bu yaz bir başqa yazdır...” devizi altında keçirilən görüşün ideya müəllifi Qardaşxan Əzizxanlı tədbirin məqsədindən danışıb. Bildirib ki, qarşıdan respublikanın ictimai-siyasi həyatında çox mühüm rol oynayacaq prezident seçkiləri dövlət səviyyəsində qeyd ediləcək möhtəşəm yubileylər gəlir. Bu ab-hava regionların ədəbi mühitində hiss olunmaqdadır.

Cəlilabad Poeziya Klubunun sədri, istedadlı şair Əlizadə Nuri, mətbuat katibi filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, poeziya məsələləri üzrə katib Əlirza Həsrət, ev sahiblərindən yazıçı Qafar Cəfərli, şairlər İslam Rzayev, Balayar Sadiq, riyaziyyat üzrə fəlsəfə doktoru Əlişirin Şükürlü başqaları çıxış edərək poeziyanın nəzəri məsələlərinə toxunaraq yeni şeirlərini oxuyublar.

Sonda muğam xalq mahnıları səslənib.

 

Azərbaycan.- 2018.- 28 mart.- S.5.