Azərbaycanın müdafiə naziri Ankarada Heydər Əliyev parkını ziyarət edib

 

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Ankaradakı Heydər Əliyev parkını ziyarət edib.

AZƏRTAC Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, general-polkovnik Zakir Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

 

Azərbaycan.- 2018.- 29 mart.- S.4.