Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbəyə görə Sizi beynəlxalq cüdo cəmiyyəti adından və şəxsən öz adımdan təbrik edirəm.

Yenidən Prezident seçilməyiniz Zati-alinizin güclü və müdrik liderliyinin sübutudur. Əminəm ki, Prezidentliyinizin yeni dönəmində də Azərbaycanın inkişafı davam edəcək, xalqınızın rifahı daha da yaxşılaşacaq.

Dərin ehtiramla,

 

Marius Vizer

Beynəlxalq Cüdo Federasiyasının prezidenti

 

Azərbaycan.- 2018.- 1 may.- S.2.