Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Əziz cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə və Azərbaycan xalqına bununla əlaqədar səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Bu qələbə Sizin uzun illər ərzində həyata keçirdiyiniz siyasətə vətəndaşlarınızın ifadə etdiyi minnətdarlığın təcəssümüdür. Sizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza tərəqqi, rifah, əmin-amanlıq arzulayıram.

Bu il mayın 15-16-da Bakıya növbəti səfərim zamanı Sizinlə görüşməkdən məmnunluq duyardım. Yenidən gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm.

Dərin hörmət səmimiyyətlə,

 

Rene Van der Linden

Niderland Krallığı Senatının sabiq sədri,

Avropa Şurası Parlament Assambleyasının fəxri sədri,

Niderland-Azərbaycan Dostluq Qrupunun sədri

 

Azərbaycan.- 2018.- 4 may.- S.2.