Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bilirəm ki, Sizdahi atanız Heydər Əliyev kimi hər zaman öz xalqınızın mədəniyyətini və incəsənətini yüksək dəyərləndirir və dəstəkləyirsiniz. İnanıram ki, bənzərsiz və nadir Azərbaycan mədəniyyəti Sizin rəhbərliyiniz altında bundan sonra daha da inkişaf edəcək və yüksək zirvələr fəth edəcək.

Mən fəxr edirəm ki, dünyaya göz açdığım, boya-başa çatdığım, ailə qurduğumçox yüksək keyfiyyətli təhsil aldığım sevimli Azərbaycana məhz Siz rəhbərlik edirsiniz.

Sizə və Mehriban xanıma cansağlığı, səadət, doğma Vətəninizin tərəqqisi yolunda böyük uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

 

Murad Kajlayev

Dostluqordenli bəstəkar dirijor,

SSRİ Xalq Artisti, Dağıstanın Xalq Artisti,

professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki

 

Azərbaycan.- 2018.- 4 may.- S.2.