Azercell”in dəstəyi ilə III Buktreyler Festivalının qalibləri müəyyən olunub

 

2 may 2018-ci il tarixindəAzercell Telekom” MMC-nin tərəfdaş qismində iştirak etdiyi III Buktreyler Festivalının Qala gecəsi baş tutub. Gecədə festivalın qaliblləri elan olunub mükafatlandırma mərasimi keçirilib. Beləliklə, birinci yerə xalq yazıçısı Anarın seçilmiş əsərlərinə çəkdiyi treylerə görə Tural Kərimov adlı müəllif layiq görülüb. İkinci yeri Firdovsi NəbiyevŞahidbuktreyleri Cavid Nuriyevİkimizin hekayəsiişi ilə paylaşıblar. Üçüncü yerə isə Sərdar TağıyevAlmafobiya”, Binyamin Sailov “Can nənə, bir nağıl de” Eybulla AğadadaşovBulud bağçalarıtreylerləri ilə layiq görülüblər.

1-ci, 2-ci (2 nəfər) 3-cü (3 nəfər) yer qalibləri uyğun olaraq 1000, 800 (hər biri) 500 (hər biri) AZN olmaqla pul mükafatı qazanıblar. Müsabiqəyə təqdim olunmuş buktreylerlərə ölkəmizin tanınmış yazıçıları, kinoşünasları ictimai xadimlərinin daxil olduğu münsiflər heyəti qiymət verib. Qeyd edək ki, mütaliənin maariflənmənin cəmiyyətimizdə təbliği, kino sahəsində istedadlı yaradıcı gənclərin üzə çıxarılması məqsədi daşıyan festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak ediblər.

TədbirdəAzercell”in nümayəndəsi hələ 2015-ci ildə şirkət tərəfindən təqdim olunan Bookmate kitabxanasının texniki göstəricilərindən bəhs edib, bütün iştirakçılara mobil əlavədən 1 aylıq, qaliblərə isə 1 illik istifadə kodları hədiyyə edilib.

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atanAzercell Telekom” bundan sonra da gənclər arasında bu istiqamətdə sosial layihələrin həyata keçirilməsinə dəstək olacaq.

 

Azərbaycan.- 2018.- 4 may.- S.11.