Xızı  şəhərində ümimmilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

Azərbaycan.- 2018.-5 may.- S.4.