Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası mövzusunda I beynəlxalq konfrans yekunlaşıb

 

Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb.

Mayın 5-də ADU-da konfransın bağlanış mərasimi keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan, İtaliya, Çin, Rusiya, Belarus, UkraynaAlmaniyadan ümumilikdə 48 xarici qonaq iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər güllər qoyub, ümummilli liderin 95 illiyi ilə əlaqədar ADU-nun həyətində müxtəlif növ dekorativ çiçəklər əkiblər.

Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb.

ADU-nun rektoru akademik Kamal Abdullayev konfransın işi və beynəlxalq tədbir çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Tədbir, həmçinin universitetlər, mütəxəssis və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə kömək göstərmək məqsədi daşıyıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin nəcib siyasətinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən konfransın Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, BelarusGürcüstan universitetlərində təşkil olunan bölmə iclasları çox yüksək səviyyədə keçib. On ölkənin 14 universitetində təşkil olunan bölmə iclaslarında xariciyerli alimlərin müxtəlif mövzularda məruzələri dinlənilib.

Diqqətə çatdırılıb ki, konfransın bağlanış mərasimində xarici ölkə universitetlərindən əllidən çox nümayəndə iştirak edir. Bu beynəlxalq tədbir ulu öndərin xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, eyni zamanda, universitetin xarici əlaqələrinin dərinləşməsinə imkan yaradıb. Belə ki, Serbiyanın Belqrad Universitetində keçirilən bölmə iclası zamanı Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub.

ADU-nun rektoru bildirib ki, müasir dövrdə ulu öndərin siyasəti dərindən öyrənilir. O deyib: Bu gün Azərbaycan çox sədaqətli, etibarlı və ləyaqətli siyasi yolla irəliləyir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın siyasəti, iqtisadiyyatı, mənəviyyatı da bir çox ölkələrdən, yaxın və uzaq qonşularımızdan fərqli olaraq Azərbaycan xalqının və dövlətinin əlindədir. Buna etimad, sədaqət hamımızın ümdə borcudur. Bunun əsasını da ümummilli lider Heydər Əliyev qoyub.

Konfransın mənəvi dəyərinin çox yüksək olduğunu söyləyən K.Abdullayev tədbirin təşkilinə dəstək göstərən Yeni Azərbaycan Partiyasına və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təşəkkürünü bildirib.

Sonra beynəlxalq konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclaslarından bəhs edən videoçarx göstərilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev ulu öndərin multikulturalizm və tolerantlıq ideologiyasının xarici ölkələrin müxtəlif ali məktəblərində tədris və təbliğ olunmasını uğurlu addım kimi dəyərləndirib. Vurğulanıb ki, multikulturalizm və tolerantlıq xalqımızın genetik fonunda illər, əsrlər boyu yaşayıb.

Nazir müasir gəncliyin bu ideologiyaya elmi əsaslarla yiyələnməsini və onun dünyanın müxtəlif universitetlərində elm kimi tədris və təhlil olunmasını Azərbaycanın həmin siyasətə hər zaman sadiq qalmasının əyani sübutu olduğunu söyləyib. Bu il Bakı Prosesinin on illiyinin qeyd olunacağını diqqətə çatdıran nazir dünyada Bakı ProsesiÜmumdünya Mədəniyyətlərarası Dialoq forumlarına qlobal platforma kimi geniş yer verildiyini söyləyib. Bildirilib ki, Bakı Prosesi bütün diplomatik sənədlərdə Azərbaycanın multikulturalizm ideologiyasının nümunəsi kimi qəbul olunur. Ulu öndər Heydər Əliyevin multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq ideologiyası artıq yeni müstəviyə daxil olaraq müasir formada uğurla davam etdirilir. Ə.Qarayev Azərbaycan Prezidentinin təşəbbüsü olan Bakı Prosesinin artıq beynəlxalq hərəkata çevrilməsinin həm dövlətimizin bu sahədə davamlı və dayanıqlı siyasətinin, həm də beynəlxalq tərəfdaşların, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm, Dünya Ərzaq və Kənd Təsərrüfatı təşkilatlarının, Avropa Şurası və ISESCO-nun əməkdaşlığının bəhrəsi olduğunu vurğulayıb.

Sonra Bakı Prosesinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından konfransın əhəmiyyətini qeyd edib, gələcəkdə beynəlxalq tədbirin mütəmadi keçiriləcəyinə və coğrafiyasının genişləndiriləcəyinə əminliyini bildirib. Qeyd edilib ki, bu cür tədbirlər təkcə praktik əhəmiyyət daşımır, həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına və müxtəlif layihələrin həyata keçirilməsinə zəmin yaradır.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ulu öndərin anadan olmasının 95 illiyinə həsr edilən möhtəşəm tədbirin uğurla başa çatdığını söyləyib. Bildirilib ki, bir ay ərzində konfrans işini dünyanın müxtəlif universitetlərində uğurla davam etdirib.

M.Qurbanlı deyib: Konfrans ümummilli liderin multikulturalizm və tolerantlıq siyasəti ilə bağlı olmaqla yanaşı, Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərini dünyaya çatdırmaq, ölkəmizi tanıtmaq istiqamətində mühüm addım idi. Bu forum məntiqi olaraq Bakı Prosesinin davamı hesab edilə bilər. Prezident İlham Əliyev ümummilli liderin tolerantlıq və multikulturalizm siyasətini uğurla davam etdirir. Hazırda dünyada multikulturaltolerant dəyərlərin təbliğat və təşviqatına ehtiyac var. Əmin-amanlığın bərqərar edilməsi üçün xalqlar, millətlər arasında həmrəyliyin olması, tolerantlığın, multikultural dəyərlərin geniş təşviqatı vacibdir. Ümid edirəm ki, konfrans gələcəkdə Azərbaycan ilə yanaşı, başqa ölkələrdə də keçiriləcək.

Ural Federal Universiteti Humanitar İnstitutunun direktoru professor Elvira Sımanyuk, Türkiyənin Atatürk Universitetinin rektoru professor Ömər Çomaklı, Ərciyəs Universitetinin nümayəndəsi Erdem Talat Hakan, Rusiyanın A.Puşkin adına Dövlət Rus Dili İnstitutunun prorektoru Yelena Koltakova, Kassino Cənubi Latsio Universitetinin professoru Alesandro Fiqus, Moskva Dövlət Linqvistik Universitetinin şöbə müdiri Vladimir Konev, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı direktorunun elmi işlər üzrə müavini professor Yuliya Quseva, Çin Sosial Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru Şuhua Çjan, Minsk Dövlət Linqvistik Universitetinin prorektoru professor Vladimir Paşkeviç, Auqsburq Universitetinin professoru Klaus Volf, ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev və digər çıxış edənlər ulu öndərə həsr olunan mötəbər konfransın bölmə iclasları ilə bağlı hesabat veriblər. Bildirilib ki, çox yüksək səviyyədə keçirilən bölmə iclaslarında ümummilli liderin multikulturaltolerant siyasəti ilə bağlı iştirakçılara geniş məlumat verilib, məruzələr dinlənilib. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi faydalı əməkdaşlığa, mövcud təcrübələrin paylaşılmasına böyük töhfə verir. Qonaqlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, ulu öndərin bu ölkələrə tarixi səfərlərini xatırladıblar.

Sonra tələbələrin hazırladıqları, ümummilli lider Heydər Əliyevə həsr edilən bədii proqram nümayiş olunub. Tələbələr ulu öndərin ən çox sevdiyi mahnıları - Alagöz, Küçələrə su səpmişəm və s. ifa ediblər.

 

Azərbaycan.- 2018.- 6 may.- S.8.