Naxışlara dönən ilmələrin sehri

 

Prezident İlham Əliyevin Xalçaçı Gününün təsis edilməsi haqqında sərəncamından sonra artıq ikinci dəfədir ki, ölkəmizdə bu nadir peşə ustaları may ayının 5-ni peşə bayramı kimi qeyd edirlər. Xalçaçılıq sənəti ilə bağlı ilk tədbir Bakıda 35 il əvvəl - 1983-cü ildə UNESCO-nun himayəsi ilə keçirilmişdir. Sonralar bu qurumun baş qərargahında - Parisdə görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 100 illiyinə həsr edilmiş simpozium keçirilmişdir. Onu da demək lazımdır ki, hələlik ölkəmiz dünyada Xalçaçı Gününü bayram kimi qeyd edən yeganə ölkədir.

1978-ci ildən Londonda nəşr edilən geniş oxucu auditoriyasına malik olanHalıjurnalı Azərbaycan xalılarını diqqətdən kənarda qoymamış hətta onlara xüsusi nömrə həsr etmişdir. Azərbaycan xalçasının dünyaya çıxışından, getdikcə şöhrətlənməsindən söz düşəndə isə ilk öncə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uzun illər ərzindəki gərgin əməyini mütləq qeyd etmək lazımdır. Belə ki, məhz onun sayəsində Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Artıq ölkəmiz dünyada aparıcı xalçaçılıq mərkəzlərindən biri kimi tanınır xalçaçılıqla bağlı beynəlxalq tədbirlərə evsahibliyi edir, xalçaçılıq elminin inkişafına yeni töhfələrini verməkdə davam edir. Ölkəmizdə getdikcə sayı artan xalçaçı alimlər dünyanın nüfuzlu tədqiqatçıları ilə yeni münasibətlər qurur, birgə araşdırmalar aparırlar.

Dünyanın 30-dək muzeyində Azərbaycan xalçaçılıq sənətinin ən qədim nümunələri saxlanılır. Artıq Azərbaycan xalçalarına dünyanın ən güclü tədqiqatçıları kitablar həsr edir, onun dünya düzənində təbliği ilə ciddi məşğul olurlar. Bizim xalçaların dizaynı rəngi, təsviri incəsənətdə memarlıqda xalça nümunələri bir sıra başqa mövzular araşdırmaçı alimlərin diqqət mərkəzindədir. Dünyanın aparıcı mütəxəssisləri belə hesab edir ki, Azərbaycan xalçası mahiyyət etibarilə dərin fəlsəfi məzmuna malik olub mədəniyyətimizin, tariximizin, adət ənənələrimizin, inanclarımızın ayrılmaz bir hissəsini təşkil edir. Həqiqətən xalılarla toylarımızda mağarlar bəzədilib, dünyasını dəyişəni son mənzilə yola salıb, ən əziz qonağın da şərəfinə yerə ən gözəl xalça sərilib. Anadan olan uşaqların, gəlin köçəcək qızların, dünyaya gələn uşağın adına da xalçalar toxunub. Elçilərin ayağına atmağa, məscidlər toy mərasimləri üçün fərqli xalçalar toxunardı.

Xalça xalqımızın keçmişi, müasir mədəniyyəti, tarixi ilə bağlı olan, gözəlliyi mürəkkəbliyi ilə hamının diqqətini cəlb edən xüsusi məhsuldur. Ona görə ki, xalılar dastanlarımızın, nağıllarımızın ayrılmaz hissəsi kimi bizim başqalarından seçilməyimizə kömək edir. Şimal xalqlarının nağıllarında özü açılıb-yığılan süfrə, möcüzəli soba yer alır. Bu nağılların qəhrəmanları açılıb-yığılan sehrli süfrədə yeyib-içir, sobanın üstündə yatırlar. Biz nağıllarımıza naz-nemətlə açılan sehrli süfrələri yox, uçan xalçaları, qaranlıqdan aydınlığa qanadlanan simurq quşunu gətirmişik. Onu da etiraf etmək lazımdır ki, xalçaların uçması ilə bağlı dünyanı dolaşan əfsanələrin sayı-hesabı yoxdur. Bu mövzu indinin özündə belə sevilən, araşdırılan mövzudur. Qədim əfsanələrə isə ən çox Şərq ədəbiyyatında rast gəlinir. Uçan xalçalar “Min bir gecəkitabından dünyaya qanad alır. Disney qəhrəmanı Ələddinin sehrli xalçası, Qoca Xottabın sehrli nəqliyyatı kimi.

Bütün bunlara baxmayaraq, xalçanı yalnız keçmişin atributu saymaq müasir dizayn interyer haqqında heç bir anlayışa malik olmamaq deməkdir. Bu gün xalılar həm Şərqdə, həm Qərb ölkələrində getdikcə dəbə minən dizayn elementi kimi istifadə olunur. Avropanın, digər Qərb dövlətlərinin ən məşhur dizaynerləri əldə toxunan xalılardan interyerin bəzədilməsində istifadə edirlər. Prada, Quççi, Fendi kimi dəb evləri xalça istehsalı ilə məşğuldurlar. Bu o deməkdir ki, xalçanın mövqeyi dünya bazarında güclənir bu rəqabət getdikcə artır, alıcı uğrunda mübarizə gedir.

Xalça 100 faiz natural məhsul sayılır onun toxunuşunda, sapların rənglənməsində yalnız təbii komponentlər istifadə olunur. Amma holland üçlüyü We Make Carpets isə sərgilər muzeylər üçün nədən oldu - makarondan, plastmas qaşıqlardan belə xalıtoxuyur”.

Azərbaycan xalçaçıları bu bazarda yerini möhkəmlətmək üçün bilməlidirlər ki, xalçalar dünyada bizdən fərqli olaraq ağla batmayan məqsədlər üçün istifadə edilir. Xalılar böyük konsertlərdə akustika üçün istifadə edilir, həm saatlarla səhnədə rəqs edən oxuyan müğənnilərin təhlükəsizliyini təmin edir, onlara özlərini nisbətən rahat, evdəki kimi hiss etməyə imkan yaradır. Elə rok musiqiçiləri var ki, sevimli xalılarını dünya turnelərinə özləri ilə aparırlar.

Xalçaların divara vurulması da dünyada ciddi müzakirə olunan mövzulardandır. Xristianlar belə düşünürlər ki, Şərq üçün xalça xristian üçün divardan asılan ikona qədər müqəddəsdir. Artıq Qərbdə xalçaların divara vurulması dəbə minir. Bu, ola bilər ki, bir tərəfdən müsəlmanların Qərb ölkələrinə artan mühacirətləri ilə bağlıdır. Amma bundan başqa Qərb dizaynerləri öz avropalı sifarişçilərinə divarlarındakı rəsm əsərlərini xalça ilə əvəz etməyi təklif edirlər. Bir sıra xarici ölkələrdə kiçik xalçaları mətbəxə, qabyuyanın qarşısına da döşəyir, mətbəxdə yemək stolunun altına da xalça salırlar.

Xalçalar qədimdə şahların, dini liderlərin varlı adamların ayaqları altına mərasimlərdə döşənərdi. Amerikalı şoumen ilk dəfə 1922-ci ildə “Robin Qudfilminin premyerasında xalça döşəmişdi. O zamandan xalçaulduzdünyasında bütün film mərasimlərinin ayrılmaz hissəsidir. Xalçalar həmçinin teatr filmlərdə istifadə olunur.

Bütün bunlar o deməkdir ki, dünyanın xalça bazarını ələ keçirməkdən ötrü hələ Qərb xalçaçılarının rəqabəti qızışır. Lakin bizim xalçalarda naxışların gözəlliyi, ilmələrin sıxlığı, rəsmlərin ecazkarlığı Avropanın ən tələbkar alıcısının belə qəlbini asanlıqla fəth etmək gücünə qadirdir. Ona görə ki, avropalıya nisbətən xalça bizim üçün min dəfə müqəddəsdir. Bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, bizim xalçalar öz əsrarəngiz gözəlliyi ilə dünyanı heyrətə salmaq, alıcıların qəlbini naxışların sehri ilə fəth etmək gücünə qadirdir.

Yaponlarda foto video, ispanlarda geyim, almanlarda texnika maşınlar, ingilislərdə bağ avadanlığı, ABŞ-da şoular qüsursuzdur. Hər bir xalq nəyin vurğunudursa, onu da irəli aparmaq gücünə qadirdir. Xalçaya gəldikdə isə, bizim rəqiblərimiz qat-qat zəifdir.

Bu gün Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin ən möhtəşəm məşhur qollarından biridir. Bizim xalça məmulatlarının geniş heyrətamiz çeşidləri mövcuddur: məfrəş, xurcun, heybə, taxtüstü, yəhərüstü, duz torbası, çul, örkən, çömçədan, yun corablar, pərdələr. Xovsuz məişət xalçalarına çətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumax s. aiddir. Xovlu xalçalara isə yerə döşənən divardan asılan xalçalar, gəbələr, dəst xalı-gəbələr aiddir. Süjetli xalçalar da Azərbaycan xalçaçılıq məktəbinin ayrı bir qoludur. Regionlarda müxtəlif xalçaçılıq məktəbləri mövcuddur. Xalçaçılıq sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm naxış, kompozisiya, rəng həlli texniki xüsusiyyətlərinə, istehsalına görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür: Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ Təbriz xalçaçılıq məktəbləri. Bu məktəblərin hamısı bir-birindən fərqlənir.

Prezident İlham Əliyev xalçaçılığın xalqımızın ən qədim sənət növü kimi geniş təbliğ edildiyini vurğulayır bu istiqamətdə görülən işləri belə qiymətləndirir: “Azərxalçayaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam - Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə yerinin yaradılması deməkdir bu, bizim gözəl ixrac potensialımızdır”. Bu həm o deməkdir ki, Azərbaycan xalçaçıları dünya bazarında rəqabətə qoşulmağa hazırdır qələbələrinə əmindirlər. Əmindirlər ona görə ki, onların arxasında Azərbaycan dövlətinin maddi mənəvi dayağı durur.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 6 may.- S.11.