Zəngin mədəniyyət nümunələri məskəni

 

Şuşanın işğalından 26 il keçir

 

Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

 

Heydər ƏLİYEV

 

Şuşa təkcə təbii gözəlliklər diyarı yox, həm də poeziyamusiqi beşiyidir. Bu şəhər dünyaya dahi şəxsiyyətlər, sənət korifeyləri bəxş etmiş müqəddəs məkandır.

14 yanvar 1982-ci il tarixini, heç şübhəsiz ki, şuşalılar heç vaxt unutmayacaq. Molla Pənah Vaqifin xatirəsinə ucaldılmış məqbərənin açılışı idi o gün. Təbiət də özünəməxsus şəkildə gəlmişdi o görüşə. Könül şüşəsi çiliklənən Şuşa lopa-lopa yağan qara bələnmişdi. Həmin anlarda şuşalılar öz əziz qonaqlarını, xalqımızın böyük oğlu Heydər Əliyevin Şuşaya gəlişini səbirsizliklə gözləyirdilər. Onlar kücələrdə, yol kənarlarında, eyvanlarda dayanaraq Heydər Əliyevə sonsuz ehtiramlarını bildirirdilər... Səbəbsiz deyildi. Heydər Əliyev Qarabağa, onun zirvə tacı sayılan Şuşaya xüsusi qayğı göstərirdi. O, əvvəlcə Cıdır düzündə Vaqifin ucaldılan məqbərəsinin qarşısındakı lenti kəsdi. Alqış sədaları altında dahi Üzeyir bəyin Koroğlu üvertürası əsrarəngiz Qarabağ dünyasına yayıldı. Heydər Əliyev öz dərin, parlaq çıxışının sonunda Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir deyərək iştirakçılara tövsiyə etdi ki, bu ənənəni hər il davam etdirmək lazımdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982-ci illər) Qarabağa çox böyük diqqət göstərirdi. Azərbaycan torpaqlarının bir qarışı da Ermənistana verilmədi. Erməni iddialarını hər zaman iflasa uğratdı. Ulu öndər hakimiyyətə gəlməmişdən əvvəl isə Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri, hətta ötən əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev o zaman erməni millətçilərinin qarşısını qətiyyətlə alaraq Moskvadakı bəzi qüvvələrin qərarlarının həyata keçirilməsinə imkan vermədi. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın tarixi keçmişini yaxşı bilən ümummilli lider onun inkişafına çox böyük qayğı göstərmişdi. Şuşanın kurort şəhərinə çevrilməsi üçün qərarlar qəbul etmiş, genişmiqyaslı quruculuq işlərinə təkan vermişdi. 1982-ci il yanvarın 14-də ümummilli liderin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılması respublika rəhbərinin milli ədəbiyyata, tarixə, etnik mənsubiyyətə bir daha böyük marağının təzahürü idi. Ulu öndərin 29 iyul 1982-ci il tarixdə yenidən Şuşaya gəlməsi, elm, ədəbiyyat xadimlərini, ailəsini özü ilə gətirməsi Qarabağa olan xüsusi diqqətini bir daha göstərirdi. İyul ayının 29-dan avqust ayının 3-dək bir sıra tədbirlərə qatılan ulu öndər avqustun 2-də Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etdi. Onun poeziya bayramında saatlarla görkəmli Azərbaycan və Qarabağ şairlərinin şeirlərinə qulaq asması tədbirdə iştirak edən hər bir şuşalının yaddaşına əziz xatirə kimi yazıldı.

... Zaman necə quş qanadlı olurmuş. Şuşanın o bəxtəvər günləri bir göz qırpımında ötüb-keçdi. 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət məkanı olan Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu, ölkəmizin xalqımızın mədəni irsinə hesablanan ağır zərbə idi. Bu işğal zamanı Şuşa şəhəri rayonun 30 kəndi dağıdıldı, 195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 nəfər itkin düşdü, 24 mindən çox əhali öz doğma torpağından didərgin salındı.

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət istirahət parkı, 2 sanatoriya turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, dövlət rəsm qalereyası, uşaq sağlamlıq məktəbi talan edildi, yandırıldı, dağıdıldı.

Bütün dünya Tarixi Abidələrin Mühafizəsi Gününü qeyd etdiyi halda, hələ ikili standartlarla fəaliyyət göstərən beynəlxalq təşkilatlar Azərbaycanın qalalar şəhəri olan Şuşada digər işğal altında qalan ərazilərimizdəki tarixi abidələrin erməni vandalizminin qurbanı olmasını təsdiqləsə , əməli kömək göstərməyib. Ən dəhşətlisi odur ki, daşnaklar işğal etdikləri ərazilərimizdə xalqımıza məxsus maddi-mədəniyyət abidələrini yerlə-yeksan edib, onların yerində 30-dan artıq erməni kilsəsi tikib, 200-dən çox xaçdaşı basdırılıb, 1700 tarix memarlıq abidəsi erməniləşdirilib, yüz mindən artıq eksponat qarət edilib.

Şuşaya qıyılmazdı, ona əl qaldırılmazdı. Amma beynəlxalq təşkilatların son vaxtlar Şuşadan gətirdikəri soraqlarla orada güllələnmiş heykəllərin fəryadı sinə dağlayır, yara bağlayır. Şuşa doğrudan da qalalar, tarixin yaddaşından qalanlar diyarıdır. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası 160-dək mədəniyyət tarixi abidələr erməni vandalları tərəfindən dağıdılıb, məbədgah məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tunc ilk dəmir dövrü abidəsi sayılan Şuşa Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı kitabxanası, İbrahim xanın bürcü qəsri, Xan sarayı karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Mamay bəyin evi, məscidi bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib.

Dünyada ilk dəfə xalça muzeyi məhz Şuşada yaradılıb. Mehmandarovların evində yerləşən həmin muzey əsl incəsənət xəzinəsi idi. Həm memarlıq cəhətdən, həm dekorativ gözəlliyi ilə seçilən binanın dörd böyük salonunda şöhrəti dünyaya yayılan Qarabağ xalçaları nümayiş etdirilirdi.

Qarabağın ilk hökmdarı Pənahəli xanın sarayında toxunan Xanlıq xalça muzeyin orijinal eksponatlarından sayılırdı. Hər bir xalçanın öz adı tarixi vardı. Muzeydə Təbriz, Quba-Şirvan, Gəncə-Qazax xalçaçılıq məktəbi nümunələrinə geniş yer ayrılmışdı. Burada 350-dən artıq xalça məmulatı nümayiş etdirilirdi ki, onların yalnız 145-ni xilas etmək mümkün olub.

On salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi. Zöhrabbəyovların evində yerləşən qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndələrindən biri, məşhur rəssam xəttat Mir Möhsün Nəvvabın öz kitablarına çəkdiyi illüstrasiyalar təşkil edirdi.

Bədii aləmin təcəssümü olan sənət inciləri, milli geyimlər, qədim musiqi alətləri Şuşa muzeylərinin bəzəyi idi. Nəhəng abidələr, memarlıq nümunələri açıq səma altında nümayiş etdirilirdi. Bədii yaradıcılığın zərif yadigarları isə bu gözəllik səltənətinin divarlarını daxildən bəzəyirdi.

Belə bir qeyri-adi füsunkarlığa, müqayisəsi tapılmayan gözəlliyə malik idi Şuşa. Təəssüf ki, erməni vandalları əzəmətli qala şəhərinin gözəllik sərgisini yerlə-yeksan etdilər. Şuşada yaradılan ev-muzeyləri talan olundu, yandırıldı. Ev sahiblərinin - tanınmış sənət mədəniyyət xadimlərinin öz həyətlərində ucaldılan heykəlləri, büstləri güllələndi. Qartal vüqarlı Şuşanın sinəsinə çalın-çarpaz dağ çəkildi. İllərdir ki, Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün Bakıdakı İncəsənət Muzeyinin həyətindəki yaralı heykəlləri Şuşaya dönəcəyi günü gözləyirlər...

Azərbaycanın aranlı-dağlı ellərində belə daşlaşmış tarixin yaşıdı abidələrimiz kifayət qədər idi. Bu yerlərin ilk insan məskənləri mədəniyyət beşiyi olması da məhz həmin abidələrin oxunmasından, sirlərinin açılmasından sonra bəşəriyyətə məlum olmuşdur. Təəssüfləndirici haldır ki, həmin tarixi yadigarlar zamanların səmum küləyi, təbii aşınmalarla yanaşı, bu yerlərdə aparılan amansız müharibələr, döyüşlər nəticəsində bir çoxları yer üzündən silinib. Qalanları isə...

Şuşa təkcə qalalar şəhəri deyil, həm muzeylər məskəni idi. Şəhərdəki tarix, xalça, daş sənətkarlığı, Qarabağ tarixi, dərman bitkiləri muzeyi, eləcə yuxarıda adlarını sadaladığımız dahilərin ev-muzeyləri oradakı eksponatlar sözün əsl mənasında, təkcə tariximizin deyil, həm milli mədəniyyətimizin aynası saxlanc yeri idi.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 8 may.- S.11.