Ulu öndərin əbədiyaşar xatirəsinə böyük ehtiram

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, aliorta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, ictimaiyyətin nümayəndələrinin, Milli Məclis deputatlarının, elm və mədəniyyət xadimlərinin və çoxsaylı qonaqların iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir.

Rayon icra hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdikləri gecədə qeyd olunmuşdur ki, ulu öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cümlədən klassiksimfonik musiqiyə insanların marağının bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimlərinin, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sözlə, ovaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonikklassik əsərləri səslənən bu gecələrdə ulu öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Ulu öndərin doğum günü ərəfəsində onun əziz xatirəsinə ehtiram olaraq ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və ulu öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunmuşdur.

Səhnədəki monitorlarda ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. İlk olaraq Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin Koroğlu operasından Cəngi səsləndi.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayəti və İlahə Hüseynovanın dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Cahangir Cahangirov, Firəngiz Babayeva, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Kamal, Musa Mirzəyevin ölməz əsərləri respublikanın əməkdar artistləri Zemfira İsmayılova, Almaz Orucova, Aqşın Abdullayev, İlham Nəzərovun və digər tanınmış incəsənət xadimlərinin ifalarında səslənmişdir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 9 may.- S.11.