MDB ölkələrinin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları Ulu Öndərin xatirəsini yad ediblər

 

Mayın 9-da MDB-yə üzv ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyulub.

 

Azərbaycan.- 2018.- 11 may.- S.6.