Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə məhkəmə sisteminin inkişafına töhfə vermiş ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden medalları olduqda Ədliyyə sahəsində fərqlənməyə görə Azərbaycan Respublikasının medalından sonra taxılır.

 

Azərbaycan.- 2018.-13 may.- S.2.