AvropaGürcüstan yəhudiləri dini icmalarında görüş keçirilib

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov mayın 11-də Bakı şəhərində yerləşən AvropaGürcüstan yəhudilərinin sinaqoqunu ziyarət edib, dini icmaların fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə sinaqoqun inzibati binası ilə tanışlıq olub, ibadət zallarına, eləcə də iclas otaqlarına baş çəkilib.

Daha sonra Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr ŞarovskiGürcüstan Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev ilə ayrı-ayrılıqda görüş keçirilib. Görüşdə icma sədrləri qeyd olunan yəhudi icmalarının tarixi haqqında geniş məlumat verərək, dövlətin onlara göstərdiyi qayğıdan, yaradılan yüksək şəraitdən məmnunluqlarını ifadə ediblər. Etibar Nəcəfov öz növbəsində ümummilli lider Heydər Əliyevin yəhudi dini icmalarına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkədə mövcud tolerantlıq və multikultural ənənələrin yaşadılmasında yəhudi icmalarının xidmətlərindən bəhs edib. Həmçinin tarix boyu Azərbaycanda bütün xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığını, antisemitizmin olmadığını vurğulayıb.

Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov da görüşdə iştirak etmişdir.

Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycana gəlişi əsasən XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin yüksək inkişafı dövrünə təsadüf edir. Bakıya gələn ziyalı Avropa yəhudiləri içərisində memarlar, müəllimlər, həkimlər, vəkillər və s. ixtisas nümayəndələri var idi. 1910-cu ildə Bakıda Avropa yəhudiləri üçün sinaqoq inşa edilibbu məbəd nəinki ibadət yeri kimi, eyni zamanda, təlim-tədris ocağı kimi fəaliyyət göstərib. Şəhərdə “iyeşiva” adlı xüsusi yəhudi məktəbləri də fəaliyyət göstərirdi ki, bu tədris ocaqlarında “Tövrat”, “Talmud” və “Mişnakimi müqəddəs kitablar öyrədilirdi. Yəhudi qızları üçünxüsusi gimnaziya və məktəblər açılmışdı. Tarixən Azərbaycan xalqı burada yaşayan yəhudilərə müsbət yanaşmış, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə onlara yad münasibət göstərməyib.

Azərbaycanda fəaliyyət göstərən Gürcüstan yəhudiləri isə əski zamanlardan Gürcüstan ərazisində məskunlaşan yəhudi diasporunun nümayəndələridirlər. Sonrakı dövrlərdə onların bir hissəsi Azərbaycana köçüb və əsasən Bakı şəhərində məskunlaşıblar. Ötən əsrin 60-80-ci illərində Azərbaycanda yaşayan Gürcüstan yəhudilərinə aid yüzlərlə ailə İsrailə, Avropa ölkələrinə, ABŞ-a və digər ölkələrə köçüb. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Gürcüstan yəhudi icmasının mənsubları arasında digər ölkələrə həmişəlik köçmək istəyənlərin sayında əhəmiyyətli dərəcədə azalma olub.

AvropaGürcüstan yəhudilərinin sinaqoqu Bakı şəhərində köhnə məbədin yerində ucaldılıb və 2003-cü ilin mart ayının 9-da açılışı olub. Öz möhtəşəmliyinə görə Avropada ən böyük sinaqoqlardan sayılır. Məbəd bakılı memar Aleksandr Qarberin layihəsi üzrə “Qüds memarlıq” tərzində inşa edilib.

Avropa Yəhudilərinin Bakı dini icması və Gürcüstan Yəhudilərinin Bakı dini icması 2009-cu ilin dekabrında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yenidən dövlət qeydiyyatından keçiblər.

Bu gün yəhudi uşaqları bərabərhüquqlu Azərbaycan Respublikası vətəndaşları kimi yüksək təhsil alırlar. Belə ki, dövlətin xüsusi qayğısı ilə Bakının Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbin bazasında yəhudi milliyyətindən olan şagirdlər üçün yəhudi sinifləri fəaliyyət göstərir. Məktəb binasının saxlanılması xərcləri, həmçinin müəllimlərin maaşı dövlət tərəfindən ödənilir, digər xərclər isə “Vaad-L-Xatzola” beynəlxalq humanitar təşkilat tərəfindən təmin edilir. Burada şagirdlərə dünyəvi dərslərlə yanaşı, yəhudi millətinə məxsus adət və ənənələr öyrədilir. Dərslər beş dildə - Azərbaycan, rus, ivrit, ingilis və fransız dillərində keçirilir. Şagirdlər üçün pulsuz nəqliyyat, gündə 3 dəfə qidalanma (koşer) təmin edilir, eləcə də əlavə olaraq rəsm, musiqi, şahmat dərnəkləri təşkil olunur.

Bundan başqa Bakıda yaşayan yəhudi uşaqları üçünXabad-Or-Avner” Təhsil Mərkəzi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilib. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Xətai rayonu ərazisində mərkəzin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak ediblər. Bu üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunub. Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion var. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyətinin əsaslarının tədris olunmasıdır. Hazırda burada uşaq bağçasında təlim keçən uşaqlar da nəzərə almaqla, 200 şagird təhsil alır və 40 müəllim çalışır.

Respublikada, həmçinin Azərbaycan-İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan təşkilatlar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

Ölkəmizdə yəhudi xalqının dini bayramları ilə yanaşı, əlamətdar günlərlə bağlı anım tədbirləri də yüksək səviyyədə qeyd edilir. Ölkəmizdə Holokost - yəhudilərin II Dünya müharibəsi zamanı faşizm rejimi tərəfindən soyqırımına məruz qalması günüqeyd olunur. Dövlətimizin başçısı İlham Əliyev bu günlə bağlı Azərbaycan Respublikasının yəhudi icmalarına müraciətlər ünvanlayır.

 

Azərbaycan.- 2018.- 13 may.- S.4.