Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr 835, 846,  ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979; ¹ 12, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19; Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 969-VQD nömrəli, 2018-ci il 1 fevral tarixli 981-VQD və 984-VQD nömrəli, 13 fevral tarixli 1002-VQD nömrəli, 6 mart tarixli 1035-VQD və 1038-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 64.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“64.2. Qanunlarla, digər hüquqi aktlarlaya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər.”.

2.  65.1-ci maddədə “icraatasözüicraatdasözü ilə, “buraxılır” sözüiştirak edə bilər” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 65.1-1-ci maddə əlavə edilsin:

“65.1-1. Məhkəmənin baxdığı inzibati xəta haqqında üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumuya vəkil buraxılır.”.

4. 65.2-ci maddədə “Müdafiəçi” sözüBu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi” sözləri ilə əvəz edilsin.

5. 67-ci maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

Qeyd: Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğmaögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğmaögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il

 

Azərbaycan.- 2018.-19 may.- S.2.