İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 114; 2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007,  ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 952; 2010, ¹ 2, maddə 75, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 482, ¹ 7, maddə 618; 2012, ¹ 11, maddə 1052; 2013, ¹ 6, maddə 613, ¹ 7, maddə 787, ¹ 12, maddə 1494; 2015, ¹ 12, maddə 1434; 2016, ¹ 12, maddə 2050; 2017, ¹ 2, maddə 156, ¹ 6, maddə 1056, ¹ 8, maddə 1511; Azərbaycan Respublikasının 2017-ci il 12 dekabr tarixli 941-VQD nömrəli Qanunu) 61.5.1-ci və 61.5.2-ci maddələri aşağıdakı redaksiyada verilsin:

“61.5.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

61.5.2. tikintiyə icazənin surəti.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-19 may.- S.2.