2 milyon 692 min turist

 

Ötən ili turizm sahəsində mühüm nailiyyətlərlə başa vuran ölkəmizə son dörd ayda  gələn qonaqların sayı 13 faiz artıb

 

Müasir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik sahələrindən birinə çevrilib. Artıq turizm dünyada ən gəlirli sahələrdən, sürətlə inkişaf edən sektorlardan hesab olunur. Dünya üzrə, o cümlədən Azərbaycanda ümumi daxili məhsulda turizmin çəkisi ildən-ilə artmaqdadır...

Təkcə 2017-ci ildə ölkəmizə 2 milyon 691 min 998 nəfər turist gəlib. Bu, 2016-cı ildən 20 faiz çoxdur. Ötən il turizm sahəsinə qoyulan investisiyaların həcmi 91 milyon manat olubil ərzində ölkəmizə gələn xarici qonaqların bank xərcləri əməliyyatları 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir. 2018-ci ildə yanvarfevral ayı ərzində xarici vətəndaşların bank xərcləri 190 milyon manatı ötüb.

Son illərdə ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, xüsusilə də I Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, 3 ildir ard-arda keçirilən “Formula-1” yarışları, Humanitar və Mədəniyyətlərarası Dialoq forumları, eyni zamanda Azərbaycanın beynəlxalq turizm sərgilərində mütəmadi iştirakı ölkəmizin turizm potensialının təbliğinə əhəmiyyətli şərait yaradıb. Hər yeni il turistlərin sayının artması ilə diqqət çəkir. Təkcə Bakıda yox, həm də müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş, əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir.

Cənab Prezidentin bu sahədə imzaladığı sərəncamlar, qəbul olunmuş dövlət proqramları turizmin inkişafına güclü stimul verməkdədir və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün ölkəmizdə turizmin geniş infrastrukturu yaradılıb.

Müşahidələr və statistik göstəricilər bir daha təsdiq edir ki, təkcə 2016-cı ildən Bakıda keçirilən dünya səviyyəli “Formula-1” yarışlarından sonra hər yarış öncəsi Azərbaycana gələn turistlərin sayı 30-40 min artıb. Məsələn, Bakıda keçirilən ilk “Formula-1”  Avropa Qran-prisini izləmək üçün ölkəmizə 30 min tamaşaçı gəlmişdisə, növbəti il bu göstərici 72 minə yaxın olmuşdur. Görünən  odur  ki, Azərbaycana gələn hər turist növbəti dəfə özü ilə başqa birini  gətirir.

Mayın 11-də Bakının Səbail rayonundaDinamohotelinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafından, qısa müddətdə bu istiqamətdə qazanılan uğurlardan danışıb. Dövlət başçısı çıxışında konkret faktlar qeyd edərək Azərbaycan turizminin real mənzərəsini yaradıb: “Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz artıb. Bu ilin dörd ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıbdır. İndi “ASAN Viza” rejimindən istifadə edərək 90-dan çox ölkədən turistlər gələ bilərlər. Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda turizm üzrə Dövlət Agentliyi yaradılıb. Əlbəttə, bu agentlik turizmin inkişafına təkan verəcək və Azərbaycanda müasir turizm sənayesi yaradılacaqdır”.

Azərbaycana turist axınının ildən-ilə artmasını nəzərə alaraq paytaxtda və digər turizm zonalarında keyfiyyətli xidmət səviyyəsinə malik çoxlu sayda mehmanxana tikilib istifadəyə verilib. İstər paytaxtda, istərsə də bölgələrdəki, turizm zonalarında infrastrukturun genişləndirilməsi istiqamətində yeni layihələrin icrası bu gündavam etdirilir. Azərbaycanın dörd bir tərəfi turizm bölgəsi kimi tanınır. Masallı, Lerik və Lənkərandan tutmuş Şamaxı, İsmayıllı, Quba, QusarXaçmaz rayonlarınadək hər yerdə turizm zonaları yaradılıb. Bu bölgələrdə həm dövlət, həm də ayrı-ayrı sahibkarlar tərəfindən lazımi infrastruktur layihələri həyata keçirilir. Kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girməyə və öz imkanlarını nümayiş etdirməyə qadirdir. Təbii ki, yaradılan hər bir turizm infrastruktur, həm də yeni yerlərinin açılması deməkdir.

 

Elnur HADIYEV

 

Azərbaycan.- 2018.-19 may.- S.1; 6.