Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi Azərbaycan xalqını Hindistan Hökuməti xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Ram Nat Kovind

Hindistan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 23 may.- S.2.