Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Çin hökuməti Çin xalqı adından, şəxsən öz adımdan Sizə dost Azərbaycan xalqına səmimi təbriklərimi ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulayıram. Sizə cansağlığı və ən xoş arzular diləyirəm.

Hörmətlə,

 

Si CİNPİN,

Çin Xalq Respublikasının Sədri

 

Azərbaycan.- 2018.- 25 may.- S.3.