Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizin müdrik rəhbərliyiniz altında dost  qardaş xalqınıza davamlı tərəqqi və rifah, zati-alinizə möhkəm cansağlığı arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə böyük hörmət ehtiramımı ifadə edirəm.

Hörmətlə,

 

Məhəmməd bin Raşid Al MƏKTUM,

Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin vitse-prezidenti,

Baş naziri, Dubayın hakimi

 

Azərbaycan.- 2018.- 25 may.- S.3.