Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Dostqardaş xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və rifah, zati-alinizə möhkəm cansağlığı arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək zati-alinizə böyük hörmət və ehtiramımı ifadə edirəm.

 

Məhəmməd bin Zayed Al NAHYAN,

Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Əbu-Dabi Əmirliyinin Vəliəhdi,

Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini

 

Azərbaycan.- 2018.- 25 may.- S.3.