Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

 

Mayın 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində DQİDK tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda kitabın təqdimatı da olub.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında danışıb. Ölkəmizdə mühüm bir hadisənin qeyd edildiyini bildirən Dövlət Komitəsinin sədri qeyd edib ki, ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin tarixinin tədqiq olunması ilə əlaqədar müvafiq tövsiyələr verib. Bunun əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu çox dəyərli, sanballı tədqiqat işləri ortaya qoyub. Mübariz Qurbanlı, eyni zamanda, Ulu Öndərin iştirakı ilə Xalq Cümhuriyyətinin 80 illik yubileyi ilə əlaqədar Milli Məclisdə böyük dinləmələr keçirildiyiniÜmummilli Liderin öz çıxışlarında Xalq Cümhuriyyətinə və onun fəaliyyətinə yüksək dəyər verdiyini qeyd edib.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Ulu Öndərimiz kimi AXC-nin xalqımızın dövlətçilik tarixində oynadığı əhəmiyyətli rola hər zaman diqqətlə yanaşdığını diqqətə çatdırıb. O, dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi ilə əlaqədar imzaladığı sərəncamların ictimai-siyasi, elmi-tarixi mahiyyətinin xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.

Vurğulanıb ki, dövlətçilik tariximizdə mühüm rol oynayan AXC dövründə baş verən ictimai-siyasi hadisələr, maarifçilik hərəkatının genişlənməsi, cəhalət və mövhumata qarşı mübarizə məqsədilə atılan addımlar milli ideologiyamızın zənginləşməsinə mühüm töhfə olub. Müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi azərbaycanlıların, ilk növbədə, yüksək milli ideyayayenilikçi düşüncə tərzinə malik olmasının bariz göstəricisidir. İlklərə imza atan Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılıb. M.Qurbanlı vurğulayıb ki, İstiqlal Bəyannaməsində dini, sinfi, silkicinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər şəraitin yaradılması ideyasının öz təsbitini tapması, eləcə də Azərbaycanda yaşayan bütün konfessiya nümayəndələrinin parlamentdə təmsil olunması vicdan azadlığı məsələsinin Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil etməsi fikrini yaradır.

Konfransda DQİDK tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda nəşr etdirilən kitabın təqdim edildiyini diqqətə çatdıran Mübariz Qurbanlı nəşrdə AXC dövründə din sahəsində aparılan siyasət, həyata keçirilən tədbirlər haqqında dolğun məlumatların yer aldığını bildirib. Nəşrin elmi redaktorunun professor Qabil Əliyev olduğunu deyən Dövlət Komitəsinin sədri kitabın tarixlə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli vəsait olacağına ümidvar olduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda mövcud olan dini azadlıq, tolerantlıq və multikulturalizm mühiti ölkəmizin milli sərvətidir. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm rolu sonrakı dövrlərdə baş vermiş proseslər üçün əsas zəmin və siyasi-hüquqi miras yaradıb.

O deyib ki, AXC qısa müddətdə hakimiyyətdə olsa da, həmin dövr ölkəmizdə mühüm hadisələrlə yadda qalıb. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi istiqamətində çox böyük addımlar atılıb. Xüsusilə, 1998-ci ildə AXC-nin 80 illik yubileyinin keçirilməsi və ona həsr edilən əsərlərin nəşr edilməsi haqqında sərəncamlar bu tarixin öyrənilməsində, tədqiqində mühüm rol oynayıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən C.Məmmədov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, həmin dövrdə tolerantlıq ənənələrinin qorunmasına, dini sahəyə diqqətin dövlətimiz tərəfindən bu gün uğurla davam etdirildiyini vurğulayıb.

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabının elmi redaktoru, tarix elmləri doktoru, professor Qabil Əliyev bildirib ki, AXC-nin 100 illiyinin qeyd olunması ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə xidmət edir. O, mürəkkəb daxilixarici vəziyyətdə yaranan Xalq Cümhuriyyətinin köklü islahatlara imza atdığını, bir çox sahələr kimi, dini sahədə də nailiyyətlər əldə etdiyini deyib. Vurğulayıb ki, AXC haqqında çoxsaylı tədqiqatlar aparılsa da, dövlət-din münasibətləri barədə tədqiqatlara ehtiyac yaranıb. Dövlət Komitəsinin əməkdaşları tərəfindən sözügedən mövzuya aid sanballı əsər ərsəyə gətirilib. Q.Əliyev kitabın dövlət-din münasibətləri haqqında ensiklopedik məlumat xarakteri daşıdığını deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə həyata keçirdiyi çoxsaylı tədbirlər barədə məlumat verib. AXC-nin yaradılmasında görkəmli şəxslərin özünəməxsus yeri olduğunu xatırladan O.Səmədov ölkənin şanlı tarixi barədə gənclərin ətraflı biliklər almasının vacibliyinə toxunub, Vətənə sevgi, dövlətə sədaqət, xalqa hörmət hissinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici siyasət addımları, qısa zaman ərzində gördüyü böyük işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Cümhuriyyət dövründə müstəqilliyin ən qiymətli nemət olduğunu anlayan xalqımız Azərbaycanın gələcəkdə əbədi müstəqilliyinə qovuşacağına inanırdı. Bu inamın özünü doğrultması nəticəsində Azərbaycanın dövlət müstəqilliyi elan olunub. Məhz Heydər Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib.

Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov çıxışlarında bildiriblər ki, AXC dövründə hər kəsin istədiyi dinin qaydalarına riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların işində sərbəst iştirak etmək, habelə heç bir dini qəbul etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipi əsas götürülüb. O dövrdən miras qalan Azərbaycan tolerantlıq ənənələrinin nəticəsidir ki, bu gün Azərbaycan tolerantlığın və konfessiyalararası dialoqun inkişafındakı xüsusi xidmətləri olan ölkədir.

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabının həmmüəllifi, DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında kitabın ərsəyə gəlməsi barədə danışıb. O, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatların aparıldığını, lakin o dövrə aid dövlət-din münasibətləri haqqında nəşrlərin az sayda olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu nəşrin hazırlanmasının əsas məqsədi mövzu barədə məlumatların sistemli şəkildə təqdim edilməsidir. Kitabın 3 fəsildən ibarət olduğunu qeyd edən şöbə müdiri nəşrin AXC dövründə dövlətin həyata keçirdiyi din siyasəti, müvafiq sahənin qurumları, din xadimləri ilə bağlı mühüm məqamları ehtiva etdiyini diqqətə çatdırıb.

 

Azərbaycan.- 2018.- 25 may.- S.8.