Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Tarsus sakinləri adından və şəxsən öz adımdan Sizə, Azərbaycan xalqına Türkiyədən qucaq dolusu sevgi və salamlarımızı çatdırıram.

Biz Azərbaycanla Türkiyə arasında illərdən bəri davam edən qardaşlıq əlaqələrini hər zaman yüksək dəyərləndiririk. Yüz il bundan əvvəl xalqınızın müstəqillik uğrunda mübarizəsinin nəticəsi olan haqlı zəfərinizin ildönümüRespublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qardaşlığımızın və dostluğumuzun bundan sonra da möhkəmlənməsini və əbədi davam etməsini diləyir, Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

Şövkət Can

Türkiyə Respublikasının Tarsus Bələdiyyəsinin sədri

 

Azərbaycan.- 2018.- 26 may.- S.2.