“Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirildi

 

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Oktay Səmədov 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ilielan edilməsi ilə bağlı Bilik Fondunun gördüyü çoxşaxəli işlər haqqında məlumat verib.

Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun koordinatoru, fondun əməkdaşı Elnarə Əliyeva “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun birillik fəaliyyəti ilə bağlı hesabat verib, klubun üzvləri, onların çoxsaylı tədbirlərdəki iştirakı barədə məlumatı diqqətə çatdırıb.

Cümhuriyyət dövrünün tədqiqatçılarından Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Anar İsgəndərli “Müsəlman Şərqində ilk respublika”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov “Şərq dünyasının ilk Xalq Cümhuriyyəti”, AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “Azərbaycan Cümhuriyyəti azərbaycançılığın inkişafında mühüm mərhələ kimimövzusunda məruzələrlə çıxış ediblər. Natiqlər 23 aylıq Xalq Cümhuriyyəti dövrünün Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdiyini bildiriblər. Şərq dünyasında ilk Demokratik Respublika olanAvropa ölkələrinin demokratik prinsiplərini özündə əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli dövrlərindən birini əhatə etdiyi diqqətə çatdırılıb.

Konfransda Bilik Fondunun birilliyini qeyd edən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri məruzələrlə çıxış ediblər.

BDU-nun məzunu, Cəlilabad rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Orxan Əzimov “Qadınların Cümhuriyyət dövründə ictimai həyatda rolu”, Tarix fakültəsinin II kurs magistrantı Aygün İsmayılova “Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı: Əksinqilabla Mübarizə Təşkilatı”, ADPU-nun Tarixcoğrafiya fakültəsinin IV kurs tələbəsi Feyruz Xəlilov “AXC-Osmanlı münasibətləri”, Azərbaycan Universiteti Tarix fakültəsinin II kurs tələbələri Tünzalə Kazımova və Ruslan Ağakişiyev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil məsələlərimövzusunda məruzə ediblər.

Müzakirələrdən sonra konfransda fəal iştirak edən alimlərə və klub üzvlərinə fondun təşəkkürnamələri təqdim edilib.

Sonda “Salnamə” kinostudiyasının istehsalı olan “Parisdən məktublar” sənədli filmi nümayiş olunub.

 

Azərbaycan.- 2018.- 26 may.- S.12.