Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 786-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 470; 2007, ¹ 10, maddə 934; 2009, ¹ 1, maddə 7; 2010, ¹ 3, maddə 173; 2013, ¹ 11, maddə 1273; 2017, ¹ 5, maddə 710) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 5.6-cı maddəyə “orqanlarına” sözündən sonra “və digər qurumlara” sözləri əlavə edilsin.

2. 7.2-ci maddəyə “orqanlarından” sözündən sonra “, qurumlardansözü əlavə edilsin.

3. 7.8-ci maddəyə “müəssisələrinin” sözündən sonra “və qurumlarının” sözləri, “orqanlarına” sözündən sonra “, qurumlarına” sözü əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-25 may.- S.4.