Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Alışanov Şirindil Həsən oğlu

Quliyeva Mahirə Həmid qızı

Yusifov Vaqif Əziz oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 6 noyabr.- S.6.