Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanı ilə təsdiq edilmişİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 200, ¹ 6, maddə 1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7 (I kitab), maddə 1481, ¹ 8, maddə 1698) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.1-ci 7.2-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

"7.1. Məcəllənin 231.1, 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 479 (Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 480-505, 507, 509 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Komitənin sədri, onun müavinləri, Komitənin Aparatının Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, ərazi ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin gömrük postlarının rəisləri onların müavinləri;

7.2. Məcəllənin 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 484, 487.1.1, 487.1.2, 487.2, 487.3, 488, 490, 493, 499.1.1, 499.1.2 500-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Komitənin Aparatının Əməliyyat-İstintaq Baş İdarəsinin şöbə (bölmə) rəisləri, ərazi ixtisaslaşdırılmış baş gömrük idarələrinin idarə, şöbə bölmə rəisləri, onların müavinləri, gömrük postlarının rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər təhqiqatçılar.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 11 noyabr.- S.2.