Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri

 

Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Ümumi təsvir

 

1.1. Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir.

1.2. Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz , alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

 

Maddə 2. Rəngli, rəngsiz sxematik təsvir

 

2.1. Azərbaycan Respublikasının Dövlət Gerbi, ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli, rəngsiz sxematik təsvirlərinə uyğun gəlməlidir.

2.2. Azərbaycan Respublikası Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın ulduzun sağanaqlarının, qalxanın düymələrinin palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir.

 

Azərbaycan.- 2018.- 16 noyabr.- S.3.