Azərbaycan beynəlxalq forumlara davamlı evsahibliyi edir

 

Mədəniyyətlərarası dialoq mövcud problemlərin həlli yollarının tapılmasına mühüm töhfə verir

 

Çoxmədəniyyətli cəmiyyətin nümunəsi sayılan Azərbaycan eyni zamanda müstəqil dövlət olaraq hazırda dəyərli təşəbbüslərlə yerləşdiyi regiondadünyada gedən proseslərə özünün müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslər daim dünyada dəstəklənir.

Bu gün dünyada beynəlxalq aləmdə baş verən proseslər, əksər hallarda narahatedici vəziyyətlər tələb edir ki, humanitar sahəyə daha böyük diqqət ayrılsın. Dünyanın əksər ölkələrini eyni məqsəd uğrunda bir araya toplayan beynəlxalq tədbirlər bu baxımdan aktuallığı ilə seçilir və bəşəri əhəmiyyət daşıyır. Paytaxt Bakının belə beynəlxalq tədbirlərə evsahibliyi isə, təbii ki, təsadüfi deyil. Belə tədbirlərin sırasına daxil olan beynəlxalq humanitar forumların artıq altıncısı Azərbaycan paytaxtında keçirildi.

"Mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir”. Bu fikirlər hələ 2011-ci il 10-11 oktyabr tarixlərində keçirilən "XXI əsr: ümid və çağırışlar” adlı I Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirilmişdi. Bu günpaytaxt Bakı beynəlxalq birliyin diqqətini çəkməkdədir. Əlbəttə, bu, ölkəmizin hərtərəfli inkişafının təzahürü ilə yanaşı, illərlə öz həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər əsasında nizamlanması baxımından da təbliğatın müəyyən forması kimi vacib məsələlərdəndir.

VI Bakı Beynəlxalq Forumu özündən əvvəlkilər kimi, ümumbəşəri narahatlığın müzakirə və diskussiya şəklində həlli yollarına həsr edildi. 2018-ci il oktyabrın 25-26-da Azərbaycanın paytaxtında "Yeni dünyayeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibbu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır: "Multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik o cümlədən bu dəyərlərə əsaslanır”.

VI Beynəlxalq Humanitar Forum çərçivəsində "Bakı prosesi” - İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçirilən III plenar sessiyada "Bakı prosesinin tarixi barədə məlumat verildi. Qeyd edildi ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun təşviqi üçün Avropaona qonşu regionların ölkələrinin mədəniyyət nazirlərinin Avropa Şurası ilə tərəfdaşlıq çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. "On il ərzində müxtəlif beynəlxalq təşkilatlarla bu məsələdə birgə əməkdaşlıq edilib. BMT, UNESCO, Dünya Turizm Təşkilatı və digər beynəlxalq təşkilatlar bu gün də "Bakı prosesi”nə, onun səmərəliliyinin artırılmasına dəstək verirlər. Qarşıdakı illərdə bu əməkdaşlıq daha da genişləndiriləcək”.

İki gün davam edən forumda iştirakçı dövlətlərin sayının xeyli artması da onun əhəmiyyətini təsdiqləyirdi. 90-dan çox ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndənin (o cümlədən BMT Baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadisosial Şurası kimi təşkilatlarının, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinlərinin) iştirak etdiyi VI Bakı Beynəlxalq Humanitar Forumunda çox ciddi məsələlər müzakirə edildi.

2008-ci ildən etibarən başlanan "Bakı prosesi” çərçivəsində Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində önəmli işlər gördüyünü qeyd edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, bütün bu fəaliyyət dialoqa mühüm töhfələr verib: "Bakı Beynəlxalq Humanitar Forumuna marağın miqyası ildən-ilə artır. Bugünədək müxtəlif mövzularda müzakirələr aparılıb. Həmçinin müxtəlif sahələr üzrə, o cümlədən təhsil, mədəniyyət nazirlərinin görüşləri təşkil edilib. Bu görüşlərdə mədəniyyətlərarası dialoqla bağlı hökumətlərin gördükləri işlərə dair müzakirələr aparılıb. Həmçinin turizm sənayesi bu proqramlara qoşulub mədəni mübadilələrdə fəal iştirak edir. Biznes dairələrinin rəhbərləri, böyük şirkətlərin nümayəndələri də bu mədəni mübadilələrə qoşulmağa dəvət edilib. Davos İqtisadi Forumu çərçivəsində mədəniyyət nazirlərinin görüşü keçirilib. Cəmiyyətlərin formalaşmasında mədəniyyətlərin təsiri həmin görüşdə ətraflı müzakirə edilib”.

Mədəniyyətlərarası dialoqla bağlı mühüm təşəbbüslərdən biri də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən irəli sürülüb. Belə ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda beynəlxalq təşkilatların rəhbərlərinin toplantısı keçirilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən bu təşkilatların rəhbərlərinin toplantısı da mədəniyyətlərarası dialoqa mühüm töhfə olub.

UNESCO-nun sabiq baş direktoru İrina Bokova "Bakı prosesinin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə aparılan işlərin davamlı olmasının vacibliyini vurğulayıb: "Biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahidi oluram ki, Bakı forumları mövcud problemlərin müasir həlli yollarının tapılmasına mühüm töhfələr verir. Biz yalnız mədəniyyətlərarası dialoqa diqqət yetirməklə mənfi çağırışlara qarşı mübarizə apara bilərik”.

Belə beynəlxalq tədbirlər sırasına Bakıda keçirilən sivilizasiyalararası dialoq forumları da əlavə edilməlidir. Respublikamızın təşəbbüsü ilə bir neçə il öncə dünya dini liderlərinin zirvə toplantısı da paytaxt Bakıda keçirildi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Bakı beynəlxalq humanitar forumlarının mahiyyəti genişdirtarixi əhəmiyyət daşıyır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 17 noyabr.- S.9.