İncə sənətin nöqtədən nöqtəyə təsviri

 

Gerçəkliyə bədii, obrazlı şəkildə yanaşma əsl sənətkara xas olan xüsusiyyətdir. İlhamını naturaya təslim etməyən sənətkarların yaratdıqları isə daha uzunömürlülük qazanır.

Belə sənət əsərlərinin müəlliflərindən biriMilli Məclisin deputatı, "Yeni EraDünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevadır.

Miniatür Kitab Muzeyinin yeni nəşrləri arasında diqqət çəkənlərdən biri də məhz əməkdar rəssam Ülviyyə Həmzəyevanın yaradıcılığına həsr edilən "Nöqtədən nöqtəyə” kitabıdır. 100 nüsxə və 224 səhifədən ibarət kitabda rəssamın bir-birindən maraqlı, mövzu baxımından isə müxtəlifliyi ilə seçilən əsərlərindən nümunələr yer alıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev kitaba yazdığı ön sözdə qeyd edir ki, rəssamın dekorativliklə şərtiliyin, zərif cizgilərlə "puantilist” nöqtələrin qovuşağından "boylanan” özünəməxsus dəst-xəttinin mayasında həm də qədim ənənələrə malik miniatür üslubu-ruhu durduğundan, ərsəyə gələn hər bir əsər tamaşaçını duyğulandıran mənəvi qaynaq kimi qəbul olunur: "Kompozisiya səthində ilk baxışda xaotik, diqqətli müşahidədə isə kifayət qədər ritmli və axıcı görünən bu yaxı-cizgi "axını” bəzən qurama ilə anım yaratsa da, mahiyyətcə bütövdürlər”.

Yeni nəşr "İndiqo” mətbəəsində çapdan buraxılıb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 25 noyabr.- S.6.