Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

"Şöhrət” ordeni ilə

 

Əlibəyov İnqilab Vəlibəy oğlu

 

"Tərəqqi” medalı ilə

 

Abıyev Aydın Müstəcəb oğlu

Cəfərov Vilayət Abbasqulu oğlu

Həsənova Esmeralda Yusub qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 28 noyabr.- S.2.