Mavritaniya İslam Respublikasının PrezidentiZati-aliləricənab Məhəmməd uld Əbdüləzizə

 

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2018-ci il.

 

Azərbaycan.- 2018.- 28 noyabr.- S.2.