Yaşıldərə yaşayış massivində arı məhsullarının qablaşdırılması müəssisəsi fəaliyyətə başlayıb

 

Sumqayıt şəhərinin Yaşıldərə yaşayış massivində arı məhsullarının qablaşdırılması müəssisəsi fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, ölkədə arıçılığı inkişaf etdirmək məqsədilə son illər bir çox mühüm işlər həyata keçirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və sair istiqamətlərdə məqsədyönlü işlər görülür.

"Qubadlı Arıçıları” İctimai Birliyibir sıra tədbirlər həyata keçirib. Nəticədə qubadlılıların saxladıqları arı ailələrinin sayı 5 min 200-ə çatdırılıb. Məhsuldarlıq yüksəlib, damazlıq-seleksiya işləri yaxşılaşdırılıb. Artıq məhsulların mərkəzləşdirilmiş qaydada qablaşdırılmasına başlanılıb. Güzəştli kreditlər hesabına sakinlərin məskunlaşdığı yerlərdə yeni istehsal müəssisəsi yaradılıb.

Azərbaycan Prezidentinin sərəncamı ilə arıçılıqla məşğul olan fizikihüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 2018-ci ildaxil olmaqla beş il müddətində ildə on manat məbləğində subsidiya müəyyən edilib. Artıq subsidiyaların verilməsinə başlanılıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da arıçılığın inkişafının vacib sahə olduğunu bildirib. Səfir vurğulayıb ki, adamlarına yaradılan münbit şərait ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha sıx birliyinə səbəb olub. "Dağ Arıçıları” İctimai Birliyinin sədri Yusif Quliyev yeni müəssisə barədə məlumat verib. Sonra tədbir iştirakçıları müəssisənin istehsal etdiyi arı məhsullarının sərgisi ilə tanış olublar.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 5.