Elektron ticarət” üzrə təlim yekunlaşıb

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport.az” portalının Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə birgə "Elektron ticarət” və "İxrac prosedurları” mövzuları üzrə təşkil etdiyi təlim yekunlaşıb.

Özəl və dövlət qurumlarının 40-dan çox əməkdaşının iştirak etdiyi təlim interaktiv aparıldığı üçün müzakirələr fərqli qruplar üzrə 5 gün davam edib.

ITC-nin ekspertləri Mohamed Es FihEldar Adilzadə təlim zamanı iştirakçılara informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin və işlərin görülməsi üzrə mərhələlər barədə ətraflı məlumat veriblər.

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 5.