Bakıda “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq forum keçirilir

 

Oktyabrın 5-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq elmi-praktik forum işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq forum Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyəti, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası, Azərbaycanda Rus İcması, habelə Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının Moskva Dövlət Pedaqoji UniversitetiAleksandr Soljenitsın adına Rus Mühacirliyi Evi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Forumu açan Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri, Rusiya Həmvətənləri Beynəlxalq Şurasının idarə heyətinin üzvü Mixail Zabelin ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi etməsinin təsadüfi olmadığını deyib. Vurğulayıb ki, Azərbaycan əzəldən tolerantlıq diyarı kimi tanınır. Rusiya tərəfinin bu tədbir üçün məkan kimi Bakını seçməsi Azərbaycanın multikulturalizm, ortaali təhsil sahəsində təcrübəsi ilə bağlıdır. "Önəmlisi odur ki, Azərbaycan rəhbərliyi və xalqı rus dilinə qayğı ilə yanaşır”, - deyən Mixail Zabelin Rus İcması və Rusiya həmvətənləri adından Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edib.

Diqqətə çatdırılıb ki, forumda Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan, Latviya və digər ölkələrin təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak edirlər.

Mixail Zabelin forumun M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsinə yaradılan şəraitə görə bu ali təhsil müəssisəsinin rektoru, akademik Nərgiz Paşayevaya minnətdarlığını bildirib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva forumun Bakıda keçirilməsinin təsadüfi olmadığını deyib, Azərbaycanda müxtəlif mədəniyyətə, dillərə mənsub etnik qrupların dinc yanaşı yaşadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan rəhbərliyi mədəniyyətlərin dialoquna multikulturalizmin tərkib hissəsi kimi xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ilin ölkədə "Multikulturalizm ilielan edilməsi buna bariz nümunələrdən biridir. "Şübhəsiz, ölkəmizdə multikulturalizmin qorunub saxlanılması amillərindən biri təhsildir”, - deyən Məhəbbət Vəliyeva Təhsil Nazirliyinin müxtəlif dillərdə, o cümlədən rus dilində tədrisə xüsusi diqqət yetirdiyini, mədəniyyətlərin və xalqların dialoquna töhfə verdiyini söyləyib. Belə ki, hazırda ölkədə 342 orta məktəbdə tədris rus dilində aparılır. Respublikada 120 mindən çox şagird rus dilində təhsil alır. Bundan başqa, 3086 məktəbdə rus dili xarici dil kimi tədris olunur. Rus dilindən ali təhsil sahəsində də geniş istifadə edilir. Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan 20 ali məktəbdən 14-də rus dilinin tədrisi üzrə bölmə fəaliyyət göstərir. Rus dili müəllimi hazırlığı bir neçə ali məktəbdə, o cümlədən Bakı Dövlət Universitetində, Bakı Slavyan Universitetində, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında aparılır.

Məhəbbət Əliyeva, həmçinin Rusiya Federasiyasının təhsil müəssisələrində Azərbaycan dilinin tədrisindən danışaraq deyib: "Moskvada Kərim Kərimov adına 1583 saylı gimnaziyada Azərbaycan dili və ədəbiyyatı tədris olunur. 2005-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Ümid edirik ki, Rusiyanın ali məktəblərində Azərbaycan dilinin tədrisi nəinki qorunub saxlanılacaq, xüsusən azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə daha da genişləndiriləcək”.

Nazir müavini rus dilinin Azərbaycanda tədrisi ilə bağlı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəaliyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, 1993-cü ildən Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci ildə iki ölkənin təhsil nazirlərinin iştirakı ilə Rusiya-Azərbaycan Ali Məktəbləri Assosiasiyası yaradılıb. Assosiasiyanın Azərbaycan tərəfdən həmsədri Sumqayıt Dövlət Universiteti, Rusiya tərəfdən həmsədri Ufa Dövlət Neft Universitetidir.

Məhəbbət Vəliyeva forumun mədəniyyətlərarası dialoqa dair müzakirələrin aparılması və əməkdaşlıq üçün geniş imkanlar yaratdığını deyərək iştirakçılara uğurlar arzulayıb.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycan-Rusiya əlaqələrinin, ölkəmizdə rus dilindən istifadənin tarixinə nəzər salıb. Qeyd edib ki, bu gün keçirilən forum iki ölkə arasında yüksək səviyyəli əlaqələrə daha bir nümunədir.

Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin Bakıda belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib, Azərbaycanda həm məktəblərdə, həm KİV-lərdə rus dilindən geniş istifadə olunduğunu, rus dilində kitabların təksə Rusiyadan gətirilmədiyini, respublikada da nəşr edildiyini diqqətə çatdırıb. Azərbaycanın multikulturalizm ənənəsinin dünya ölkələrinə örnək olduğunu vurğulayan İqor Yeronin Azərbaycan rəhbərliyinin müdrik siyasətini, eləcə də xalqın rus dilinə müsbət yanaşmasını qeyd edib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandr tarixə nəzər salaraq ümummilli lider Heydər Əliyevin natiqlik məharətini, Bakıda keçirilən tədbirlərdən birində 90 dəqiqə Azərbaycan, 90 dəqiqə də rus dilində eyni dərəcədə səlis danışmasını, fikrini dəqiqliklə çatdırmasını xatırladıb. Bu gün Azərbaycanda rus dilinin geniş dairədə işlək olduğunu deyən arxiyepiskop Aleksandr, eyni zamanda, ölkədə yaşayan digər xalqların nümayəndələrinin Azərbaycan dilini bilməsinin zəruriliyini qeyd edib. O, həmçinin Kilsənin Bilik Fondu ilə əməkdaşlığından, Azərbaycan dili kurslarının təşkil edilməsindən danışıb.

Beynəlxalq Pedaqogika Cəmiyyəti Əlaqələndirmə Şurasının sədri, Latviya Rus Mədəniyyəti Cəmiyyətinin sədri, Riqa şəhərində "Siqma” özəl məktəbinin direktoru Yelena Matyakubova Bakıya ikinci dəfədir gəldiyini deyərək, Azərbaycan xalqının xeyirxahlığına və səmimiliyinə şəxsən şahid olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, müəllimlik sadəcə bir peşə deyil, missiyadır. Habelə Latviya ilə Azərbaycanın gənc nəslindən olan nümayəndələri arasında əlaqələrin genişləndirilməsi faydalı olardı.

"Rossotrudniçestvonun nümayəndəsi Mark Kalinin bu təşkilatın rəhbəri Eleonora Mitrofanovanın forum iştirakçılarına təbrik məktubunu oxuyub. O, "Rossotrudniçestvonun Bakıda fəaliyyət göstərən nümayəndəliyinin iki xalq arasında əlaqələrin daha da genişlənməsi istiqamətində həyata keçirdiyi layihələrdən söhbət açıb, forumun əhəmiyyətini vurğulayıb.

Çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıblar.

Tədbirdə Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina A.S.Puşkin medalı ilə təltif olunub. Medalı Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva təqdim edib. O, Lyubov Yakuninanın fəaliyyətini yüksək qiymətləndirib, ona səmimi arzularını çatdırıb.

Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin medalı isə Sara Xanlarovaya təqdim edilib. Tədbirdə, həmçinin bir qrup müəllimə diplomlar mükafatlar verilib.

Forum işini plenar iclasla davam etdirib. Plenar iclasa Moskva Dövlət Pedaqoji Universitetinin Dinlərin Sivilizasiyalararası Münasibətlərin Tarixi-Mədəni Tədqiqləri Mərkəzinin direktoru Yelena Omelçenko Bakı Slavyan Universitetinin prorektoru, professor Rafiq Novruzov moderatorluq ediblər.

Plenar iclasda "Təhsil sahəsində millətlərarası konfessiyalararası dialoq”, "Rus dili çoxdillilik: məktəblərdə polimədəni təhsilə yanaşmalar”, "Polimədəni mühitdə rusdilli təhsil haqqında”, "Rus emiqrasiyasının tarixi mədəni irsinin qorunub saxlanması məqsədilə Rus Mühacirliyi Evinin fəaliyyəti haqqında digər mövzularda məruzələr dinlənilib.

Forumun tədbirləri oktyabrın 6-də İsmayıllı rayonunun İvanovka kəndində rus məktəbi bazasında keçiriləcək.

 

Azərbaycan.- 2018.- 6 oktyabr.- S.3.