Dünyanı heyrətə gətirən 10 səs – “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib

 

Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib.

AZƏRTAC xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət “Turetski xorudebütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir, qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki səhnəyə 6 min dəfədən çox çıxıb, turnelər zamanı 4,5 milyon kilometr yol qət edib. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İsrail Belarusda qastrollarda olur. Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin Vyetnamda da çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində 10 gün ərzində 7 ölkənin müxtəlif şəhərlərində - Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York Minskdə konsertləri olub.

Qrupun konsert proqramları hər zaman anşlaqla keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyiQələbə mahnılarıadlı konsert proqramına rekord auditoriyasını - 150 min tamaşaçısını toplayıb. Kollektivin özünəməxsus xüsusiyyətlərindən biri istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Fərqli dillərdə hitlər səsləndirənTuretski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi oldu: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhurAzərbaycanmahnısını ifa etdi.

Konsertdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏliyevaTuretski xoru”nun kollektivi ilə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.

 

Azərbaycan.- 2018.- 11 oktyabr.- S.3.