Avropa Ali Xidmət Ordenisahibinə təqdim olundu

 

Bu günlərdə Mingəçevir Turizm Kollecində keçirilən mərasimdə çıxış edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının nümayəndəsi professor Elçin İskəndərzadə kollecin elm təhsil sahəsindəki nailiyyətlərindən danışaraq vurğuladı ki, Mingəçevir Turizm Kolleci Avropanın böyük təhsil layihələrində fəal iştirakçılar sırasında yer alır. Bu əlaqələr Azərbaycanda, eləcə respublikamızdan kənarda kollecin imicini artırır.

E.İskəndərzadə çıxışının sonunda fərəhlə bildirdi ki, Avropa mükafatlandırma komissiyası İsveçrədə kollecin direktoru, professor Əyyub Əyyubovu elm təhsil sahəsində xidmətlərinə görə "Avropa Ali Xidmət Ordeniilə mükafatlandırıb.

Elçin İskəndərzadə professoru təbrik etdi, ona pedaqoji fəaliyyətində yeni uğurlar arzuladı, ali mükafatı professor Əyyub Əyyubova təqdim etdi.

Yüksək təltifə görə təşəkkürlərini bildirən professor Əyyub Əyyubov bu mükafatı Azərbaycan elminə, təhsilinə verilən yüksək qiymət kimi dəyərləndirdi.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2018.- 12 oktyabr.- S.7.