Sözlə əməlin vəhdətini ortaya qoyan rəhbər

 

Zamanın nisbiliyi və hər şeyin müqayisədə dərk olunması baxımından bəşəriyyətin inkişafında insan amilinin digər faktorları üstələdiyi şübhəsizdir. Bu mənada, düşünürəm ki, hər bir kəsin yaşadığı zaman kəsiyindəki fəaliyyəti insanzaman məfhumları arasındakı bağlılığı şərtləndirərək ondan alınan nəticənı formalaşdırır. Ona görə də bu dünyaya öz xalqına xidmət üçün gələn şəxsiyyətlərin amalları və əməlləri zamanın dəyər ölçüsünə çevrilir.

Hakimiyyət sükanının arxasında durduğu ilk gündən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını vəd edən və bu 15 il ərzində sözlə əməlin vəhdət nümunəsini ortaya qoyan ölkə rəhbəri cənab İlham Əliyev bütün səy və bacarığını respublikamızın davamlı inkişafına, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, mədəni və elmi cəhətdən çiçəklənməsinə sərf etməkdədir. Bu gün o, ulu öndər Heydər Əliyevin şah əsəri olan, müstəqilliyini etibarlı şəkildə qoruyub saxlayan, azadfiravan bir dövlətin rəhbəri kimi ölkə vətəndaşlarının rifahı və xoşbəxt gələcəyi, ləyaqətli həyat tərzinin bərqərar olması naminə göstərilən xidmətlərin müəllifi kimi tarixi missiyanın daşıyıcısıdır.

Namizəd olduğu bütün prezident seçkilərində xalqın böyük inam və etimadını qazanaraq yalnız ona güvəndiyindən güclü siyasi iradə, əzm və cəsarət sahibi olan İlham Əliyev 2003-cü ildən bəri mövcud resursları səmərəli şəkildə səfərbər edərək əvvəlki dövrlərdəki inkişaf konsepsiyasının daha yüksək səviyyədə təkmilləşdirilməsinə nail olmuşdur. Onun yönləndirdiyi strateji istiqamətlər yeni keyfiyyətdə, dövrün tələblərinə uyğun olaraq daim yüksələn xətlə inkişaf etməyə başlamış və nəticə etibarı ilə ümummilli liderin ideyalarından doğan tərəqqi yolunda respublikamızın və xalqımızın özünə layiqli bir gələcək qurması üçün yeni fazaya uğurlu keçidi təmin edilmişdir.

Milli-mənəvi və bəşəri dəyərləri özündə birləşdirən qanunvericiliyimizin daha mükəmməl səviyyəyə çatdırılması, hüquqi dövlət və ordu quruculuğu istiqamətlərində görülmüş genişmiqyaslı işlər, neft strategiyasının uğurlu nəticələri, postneft dörünə hesablanmış ölkə rəhbərinin təşəbbüsü və bilavasitə nəzarəti altında həyata keçirilən, mütərəqqi yenilikləri özündə ehtiva edən dövlət proqramları, çevikmobil idarəetməni təmin edən mütərəqqi struktur dəyişiklikləri, "ASAN xidmət”, strateji yol xəritələri, kosmik layihələr və "Made in Azerbaijan” adı altında dünya ictimaiyyətinə təqdim olunan digər brendlər İlham Əliyevin islahatçı prezident obrazını formalaşdıran amillərdir. Məhz bu islahatlar ölkəmizə son dövrlər dünyada baş verən iqtisadisiyasi böhran dalğalarını inamla və qətiyyətlə dəf etməyə imkan vermişdir. Bunun nəticəsidir ki, qısa müddətdə inkişaf sürətinə görə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış Azərbaycan dünya ölkələri sırasında XXI əsrin əvvəllərindən nail olduğu sanballı mövqeyini bu günqoruyub saxlamaqda davam edir.

Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərdən biriodur ki, öz fəaliyyətində Heydər Əliyevin tövsiyələrinə dönmədən riayət edən, hər zaman humanist dəyərlərə, demokratiyafundamental insan hüquqları prinsiplərinə sədaqət nümayiş etdirən ölkə rəhbərliyi insanların hüquqsöz azadlığının etibarlı şəkildə təmin olunmasına xüsusi diqqət yetirir. Müasir inkişaf mərhələsində ortaya qoyulmuş və sərbəst fikir mühitinin ən yüksək tələblərinə uyğun olan belə konstruktiv mövqe ədalətli vətəndaş cəmiyyətinin təşəkkül tapmasına hərtərəfli təminat verirson nəticədə hər bir vətəndaşın özünü cəmiyyətin azadtamhüquqlu üzvü kimi tanıya bilməsi üçün əsaslı zəmin yaradır.

Əhalinin ləyaqətli həyat tərzinin təmin olunmasına, insanların yeni düşüncə tərzinin formalaşmasına, qürurlu, eyni zamanda, yüksək elmiintellektual potensiala malik vətəndaş kimi yetişərək cəmiyyətin tamhüquqlu üzvü kimi yaradılmış imkanlardan sərbəst şəkildə istifadə etməsinə şərait yaradan bu addımlar ilk növbədə, insan amilinə söykənən yüksək standartlara malik vətəndaş cəmiyyətinin qurulmasını hədəfləyir. Qürurvericidir ki, bu göstəricilər Azərbaycanın BMT-nin inkişaf proqramının hesabatında insan potensialının inkişaf indeksinə görə yüksək dərəcəyə malik ölkələr sırasında yer alması ilə nəticələnmişdir.

Bir-birini üzvi şəkildə tamamlayan çevik daxilixarici siyasətin nəticəsində bu gün Azərbaycan dünya ölkələrinə tolerantlıq nümunəsini, yeni nəsil dünya dövlətinin müasir modelini, sabitliyin və əmin-amanlığın formulunu təqdim edir, Şərqlə Qərb dəyərlərinin unikal vəhdətini ortaya qoyur. Ən müxtəlif aktual mövzular ətrafında saysız-hesabsız mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, möhtəşəm idman yarışlarının, Avropadünya çempionatlarının təşkil edilməsi, turizm sənayesinin mükəmməl səviyyəyə qaldırılması, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş paytaxt Bakının əsrarəngiz gözəlliyi, bölgələrin gündən-günə müasir tələblər səviyyəsində daha da abadlaşması müstəqil Azərbaycanın real imkanlarını ortaya qoymaqla yanaşı, onun müasir, sivil dünyəvi dövlət imicinin formalaşmasına da güclü təsir edir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmaları üçün münbit şərait yaratmışdır. Bu yaxınlarda müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin 100 illiyi münasibəti ilə təşkil olunmuş təntənəli mərasimlərdə dünyanın 44 ölkəsinin parlament rəhbərliyinin, 9 beynəlxalq təşkilatın təmsilçilərinin iştirak etməsi dövlətimizin beynəlxalq nüfuzunun daha bir bariz göstəricisidir. Hesab edirəm ki, bu həm də Milli Məclisin iclas zalında düzənlənmiş yubiley tədbirindəki geniş və məzmunlu təbrik nitqində Azərbaycanı "dünya xəritəsində bir uğur nümunəsi” kimi təqdim edən olkə Prezidentinə bəslənən səmimi münasibətin etirafıdır.

Bu nailiyyətlər eyni zamanda, Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni yanaşmaların ortaya çıxmasına da şərait yaratmışdır. Üstəlik, yeni mərhələdə Prezident İlham Əliyevin sərrast diplomatik gedişləri, hücum taktikasını önə çəkməsi, Ali Baş Komandanın qətiyyətli mövqeyini və möhkəm siyasi iradəsini, həmçinin ordumuzun gücünü nümayiş etdirən 2016-cı il aprel döyüşləri, bu ilin iyun ayında isə Naxçıvanın Günnüt kəndinin işğaldan azad edilməsi problemin həllində ciddi dönüş üçün siyasipsixoloji zəmin yaratmış, xalqımızın zəfər gününə inamını möhkəmləndirmiş, dünya ictimaiyyətinin isə bu məsələdə, nəhayət, ədalətli mövqeyə gələcəyinə ümidləri artırmışdir.

Beləliklə, Azərbaycan rəhbərliyinin son 15 il ərzində xalqın rifahı naminə həyata keçirdiyi məqsədyönlü siyasət bu gün ölkəmizi keçid dövründən sonrakı növbəti və daha uğurlu bir mərhələyə daşımaqdadır. Bu siyasət ulu öndərin təbirincə desək, "dünyaya günəş kimi doğacaq” Azərbaycanın zəngin və qüdrətli obrazına yeni çalarlar gətirəcək və xalqımızın azad, xoşbəxt, firavan gələcəyini mənəvi və ruhi baxımdan təmin edəcəkdir. Əminəm ki, bu uğurların da altında Heydər Əliyev ideyalarının ideoloji sütunu olan Yeni Azərbaycan Partiyasının təkrarsız lideri, xalqın sevimli rəhbəri, ulu öndərin ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi, xəyalları gerçəkliyə çevirən, hər zaman öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən, müasir Azərbaycan dövlətinin islahatçı Prezidenti İlham Əliyevin imzası duracaqdır.

 

Bahar MURADOVA,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini,

İnsan hüquqları komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2018.- 14 oktyabr.- S.6.