ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı reallaşır

 

Tədrisin keyfiyyətinin artırılması istiqamətində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən islahatlardan biri nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq UNEC tələbələrinin 4 il təhsil müddəti ərzində UNEC diplomu ilə bərabər, Fransanın Montpellier, London Universiteti-London İqtisadiyyat məktəbinin, İsveçrənin UBİS, Litvanın MikolosRomeyros universitetlərinin diplomlarını alması reallıqdır.

UNEC bu istiqamətdə yeni uğura imza atıb. Belə ki, bir ildən çox müddətdə aparılan danışıqların nəticəsi olaraq 12 oktyabrda İstanbulda UNEC rektoru, professor Ə.Muradov Linkoln Universitetinin rektoru, professor M.Brodsky tərəfindən ABŞ-ın Linkoln Universiteti ilə UNEC arasında ikili diplom proqramına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC tələbələri öz seçimlərinə uyğun olaraq, 1 ya 2 il ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda UNEC- dinləyib uğurla imtahan verdikdən sonra UNEC diplomu ilə yanaşı, həm ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər. Müqavilənin üstünlüyü həm ondadır ki, ikili diplom proqramından həm bakalavr, həm magistrlər bəhrələnə biləcəklər.

Linkoln Universiteti 1919-cu ildə yaradılıb. "San FranciscoBusinessTimesreytinqinə əsasən, University of Californiya, Berkeley/HaasSchool of Business StanfordGraduateSchool of Business-dən sonra "MBA ProqramsintheGreater Bay Area” da ən yaxşı MBA təhsili verən universitetdir. Məlumat üçün bildiririk ki, ümummilli lider Heydər Əliyev Linkoln Universitetinin fəxri doktorudur.

 

Azərbaycan.- 2018.- 16 oktyabr.- S.13.