Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Əliyeva Afət Məmməd qızı

Həşimov Rafael Zeynal oğlu

İbrahimli Qabil Mahmud oğlu

İmamverdiyev Yusif İmamverdi oğlu

Quliyev Aydın Baloğlan oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 17 oktyabr.- S. 2.