İzmir şəhərinin Adnan  Menderes adına hava limanında  qarşılanma

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə  işgüzar səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı türk əsgərlərini salamladı.

 

Azərbaycan.- 2018.-20 oktyabr.- S.1.